İsrail əsgərləri Hizbullah şiə milislərinin döyüşçülərinin hücumlarına cavab olaraq Livanın cənubu ərazisini pulemyot və artilleriya qurğularından atəşə tutub.
Əl Manar telekanalının verdiyi məlumata görə , sərhəd çayı Vazzani bölgəsində Livan ordusunun patrulu düşmən atəşinə məruz qalıb. Nəticədə Humvee zirehli maşınlarından biri zədələnib. Onun sözlərinə görə, avtomobildə olan hərbçilərdən heç biri xəsarət almayıb.
Cənub hərbi dairəsinin komandanlığındakı mənbə telekanala bildirib ki, atəş İsrailin işğal etdiyi Qəcr qəsəbəsi istiqamətindən gəlib.
İyulun 9-da İsrail hərbçiləri Livanın cənubunun qərb sektorunda yerləşən Duheirdə Livan ordusunun sərhəd postunu atəşə tutublar. Sığınacaqda olan hərbçilər xəsarət almayıb. Lakin hücum nəticəsində müşahidə qülləsi və onun üzərində quraşdırılan texniki avadanlıq zədələnib. (Tass)