Livan hökuməti 2006-cı ildə İsraillə münaqişəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarına uyğun olaraq cənub sərhədində atəşkəsi bərpa etməyə çalışır. Bunu respublikanın baş naziri Nəcib Mikati Beyrutda Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə birgə mətbuat konfransında deyib.
“Livan ölkənin cənubundan çıxan sonsuz müharibələr meydanına çevrilməməlidir” deyən Mikati, “İsrailin ekspansionist ambisiyalarına son qoymaq üçün müvafiq beynəlxalq qətnamələr yerinə yetirilməlidir” deyib.Onun sözlərinə görə, Livanda sabitlik “onun maraqlarına cavab verməyən regional münaqişələrdən asılı olmamalıdır”.
Öz növbəsində kardinal Parolin bildirib ki, onun vasitəçilik missiyasının məqsədi “əzab çəkən Livan xalqına kömək etməkdir”. “Yaxın Şərq çətin bir dövrdən keçir və fələstinlilər və israillilərlə daimi təmasda olan Papa Fransisk sülhə, qarşıdurmaya son qoymağa, Qəzza zolağında girovların azad edilməsinə və humanitar yardımların maneəsiz çatdırılmasına çağırır”. (Tass)