Livan prezidenti Cozef Aun rusiyalı həmkarı Vladimir Putindən bu ilin payızında Moskvada keçiriləcək Rusiya-Ərəb sammitində iştirak etmək üçün rəsmi dəvət alıb.
“Ölkə prezidenti ilə görüşdə Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov ona Rusiya liderinin oktyabrın 15-də Moskvada keçiriləcək birinci Rusiya-Ərəb sammitində iştirak etmək dəvətini çatdırıb”, – Livan prezidentinin X-dakı səhifəsində dərc olunmuş press-relizdə deyilir.
Beyrut gözləyir ki, Rusiya Federasiyası və ərəb ölkələri liderləri Rusiya paytaxtında keçiriləcək görüşdə “siyasi, iqtisadi, ticarət və elmi sahələrdə əməkdaşlıq perspektivlərini” müzakirə edəcəklər, Livan prezident ofisi qeyd edir. (Tass)