- Livandan gələn pilotsuz uçuş aparatı (PUA) İsrailin şimalındakı Beyt Hillel kəndi yaxınlığında partlayıb və hücum nəticəsində yanğın başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hazırda yanğınsöndürənlər qəlpələrin səbəb olduğu yanğının söndürülməsi üçün çalışırlar”, – deyə məlumatda bildirilir. Mətbuat xidməti bu hücum nəticəsində itkilər barədə məlumat olmadığını qeyd edib.
Bundan əlavə, İsrailin şimalındakı Yaara yaxınlığında “partlayıcı ilə yüklənmiş daha bir pilotsuz təyyarə aşkar edilib”, hərbçilər əlavə ediblər ki, “məskunlaşan ərazidə heç bir düşmə qeydə alınmayıb”.
(Tass)