Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bir əsgəri İsraillə həmsərhəd Kövza bölgəsində atışma zamanı yaralanıb. Bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti Telegram kanalında məlumat verib.
“Sülhməramlılardan biri Əl-Kouzahada güllə yarası alıb, sonra əməliyyat olunub. Əsgərin vəziyyəti hazırda stabildir və o, sağalır”. Tenenti əlavə edib ki, “Mavi Dəbilqəlilər” hadisəyə görə hansı tərəfin məsuliyyət daşıdığını araşdırır. O, yaralanan sülhməramlının hansı ölkənin kontingentindən olduğunu açıqlamadan “Biz araşdırmaya başlamışıq” deyib.
Rəsmi sözçünün sözlərinə görə, “Livanın cənubundakı UNIFIL qurğularının yaxınlığında hər hansı müdaxilə və bu qurğulardan sərhəddə hücumlar həyata keçirmək üçün istifadə edilməsi qəbuledilməzdir”.
“UNIFIL personalına qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır və müharibə cinayətlərinə bərabər ola bilər” deyən Tenenti xatırladıb: “Biz bütün maraqlı tərəfləri təkcə sülhməramlıların deyil, həm də sərhəddəki mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün atəşkəsə hörmət etməyə çağırmağa davam edirik. (Tass)