İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 182-dən 274-ə yüksəlib. Bunu Beyrutda keçirdiyi mətbuat konfransında respublikanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad bildirib.
“Qurbanlar arasında 21 uşaq və 39 qadın var, bir neçə təcili yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”.
Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, livanlılar 1975-1990-cı illərdə vətəndaş müharibəsi başa çatdıqdan sonra ilk dəfədir ki, belə itkilərə məruz qalırlar. (Tass)