Liviya öz ərazisində təhlükəsizlik mərkəzi yaratmaq niyyətindədir və bunun əsas məqsədi terrorizmlə mübarizə olacaq. Bunu Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib.
“Terrorizmlə mübarizə Liviya və ona qonşu Afrika dövlətlərinin əsas vəzifələrindən biridir” dedi əl-Menfi. O əlavə edib ki, ölkəsi “ekstremizm və terrorizmlə mübarizə üçün beynəlxalq təhlükəsizlik mərkəzi yaratmağa çalışır”. Əl-Menfi hesab edir ki, “bir çox ölkələr, ilk növbədə Afrika ölkələri” antiterror mərkəzinin işinə qoşulacaq.
Liviya Prezident Şurasının rəhbəri İsrail qüvvələrinin Fələstinin Qəzza zolağında və Livanın cənubundakı hərəkətlərini kəskin şəkildə pisləyib və onları “soyqırım və etnik təmizləmə” kimi səciyyələndirib və bu, beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır”. Əl-Menfi “Qəzzada müharibəyə və İsrailin cənubi Livana təcavüzünə” dərhal son qoymaq üçün dünya ictimaiyyətinin birgə səylərini müdafiə edib. (Tass)