Ukrayna sülh naminə itirilmiş ərazilərindən və yaxın gələcəkdə NATO-ya daxil olmaq planlarından əl çəkməlidir. Bunu TASS-ın müxbirinə Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü baron Riçard Balf münaqişəyə son qoyulması üçün mümkün şərtlərdən danışarkən deyib.
“Ukrayna öz qoşunlarını Kursk bölgəsindən çıxarmalı və Krımın və [itirilmiş] şərq bölgələrinin artıq Rusiya Federasiyasının bir hissəsi olduğunu tanımalıdır. Hər iki tərəfdən heç bir təzminat olmamalıdır”, – deyən Balf Rusiyaya Qərb ölkələri tərəfindən dondurulmuş aktivlərini geri verməlidir.
Britaniyalı siyasətçinin fikrincə, sülh sazişində Ukraynanın NATO-ya qoşulmamaq və ən azı 25 il öz ərazisində xarici qoşun yerləşdirməmək öhdəliyi də yer almalıdır. Onun fikrincə, Rusiya, Latviya, Litva və Estoniyaya Rusiyanın işğalı təhlükəsi barədə danışmağa son qoymaq üçün Baltikyanı ölkələrin ərazilərinə iddiaların olmamasını kağız üzərində qeyd edə bilərdi.
“Moldova hökuməti ilə birlikdə Dnestryanı problemini də həll etmək lazımdır və bu məsələ ilə bağlı razılaşmada Ukraynada olduğu kimi [Moldovanın] neytrallığı ilə bağlı bəndlər də yer almalıdır. Bu, mənə ağlabatan başlanğıc nöqtəsi kimi görünür”, – agentliyin həmsöhbəti qeyd edib. (Tass)