İyun 15, 2025-12:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

2025:06:02 - 11:10
in MƏDƏNİYYƏT
A A

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən keçirilən konsertdə Los-Anceles və digər şəhərlərdə yaşayan azərbaycanlılar, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, müxtəlif konfessiya və xalqların icmalarının rəhbərləri iştirak ediblər.

Aparıcı Kimiya Məmmədova 28 May – Azərbaycanın Müstəqillik Günü barədə tamaşaçılara məlumat verilib, bu günün tariximizdəki əhəmiyyəti barədə danışıb.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən azyaşlılardan ibarət rəqs ansambllarının və peşəkar rəqqas Ləman Musayevanın nömrələri böyük maraqla qarşılanıb. Azyaşlıların ifasından sonra ölkəmizin turizm potensialını, təbii gözəlliklərini və tarixi irsini əks etdirən video nümayiş olunub.

Los-Ancelesdə ilk dəfə olaraq bu şəhərdə yaşayan azərbaycanlı musiqiçilərlə yanaşı, amerikalı musiqiçilərin də daxil olduğu ansambl Azərbaycan milli, klassik və caz musiqisinin ən gözəl nümunələrini ifa edib. Musiqiçi və bəstəkar Emin Kəriminin direktorluğu ilə 2013-cü ildə Avroviziya Mahnı Müsabiqəsində 2-ci yer tutmuş Fərid Məmmədov, tarzən Bəhmən Mirzəzadə, müğənni Kaspiana, vokal ifaçı və gitaraçı Altun Zeynalov, amerikalı musiqiçilər – bas gitaraçı Alan Peralta, zərb alətlərində Nik Qroat və gitarada Bo Haanın iştirakı ilə hazırlanmış konsert anşlaqla keçib.

Konsertin sonunda Azərbaycanın baş konsulu Vüqar Qurbanov ilk respublikamız haqqında məlumat verib. Diplomat 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişafına toxunub, Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini səsləndirib. Bu sitat alqışlarla qarşılanıb.

Əvvəlki Yazı

Fərid Şəfiyev: Azərbaycan və Türkiyə xalqları arasındakı birlik sarsılmazdır

Növbəti Yazı

Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.