Belarus prezidenti Aleksandr Lukaşenko bəzi Qərb nümayəndələrinin Ukraynadakı vəziyyəti həll etmək istəyinə inanmadığını bildirib. Bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.
“Mən inanmıram ki, onlar Qərbdə bu müharibəni bitirmək istəyirlər”, – Belarus lideri respublikanın Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda deyib. (Tass)