Belarus BRİKS-in işinə bir neçə sahədə töhfə verə bilər ki, bunlardan birincisi təhlükəsizlikdir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kazanda keçirilən sammitdə “autreach”/“BRICS plus” formatlı iclasda çıxışı zamanı deyib.
“İcazə verin, bizim rol oynaya biləcəyimiz bir neçə sahəni qeyd edim. Birincisi təhlükəsizlikdir. Qarşılıqlı hörmət, bölünməz təhlükəsizlik, və qarşıdurma olmadan ölkənin inkişafının təminatları – bunlar yeni dünya qurmaq üçün zəruri olan prinsiplərdir” deyib.
Belarusun BRİKS-in inkişafına töhfə verə biləcəyi digər sahələr arasında Lukaşenko davamlı inkişafı, aclığa, yoxsulluğa və iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəni, habelə humanitar sahəni qeyd edib. (Tass)