Belarusa xarici təzyiq onu daha da gücləndirdi, lakin Minsk hər şeyi edəcək ki, heç kimin bunu praktikada sınamaq fikri olmasın. Bunu respublika prezidenti Aleksandr Lukaşenko deyib.
“Xarici çağırışlar və ölkəmizə təzyiq cəhdləri bir şeyə gətirib çıxardı – Belarus daha da gücləndi ki, heç kim bunu reallıqda sınamaq barədə düşünməsin”.
Lukaşenko vurğulayıb ki, Böyük Vətən Müharibəsi illərində belaruslar “düşmənləri qarşısında diz çökməyiblər və bu gün onların qarşısında baş əymək niyyətində deyillər”. (Tass)