Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətmiş 29 şəxsi əfv edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Onlardan 11-i qadın, 18-i kişi, 3-ü təqaüdçü, 2-si əlil, 15-i xroniki xəstəlik keçirən şəxsdir. ” mesajında deyilir.
Qeyd olunur ki, Daxili İşlər Nazirliyi “əfv olunan şəxslərin qanuna tabe olan davranışlarına” nəzarəti təmin edəcək.
Artıq bir neçə məhbus əfv olunub. Lukaşenko qeyd edib ki, 2020-ci ildə Belarusda etiraz aksiyalarında iştirak etməkdə təqsirli bilinən şəxslərin əfv edilməsi Qərblə münasibətləri yaxşılaşdırmaq istəyi ilə deyil, humanitar mülahizələrlə diktə edilib. (Tass)