Belarusun Ukrayna ilə sərhədindəki gərgin vəziyyətin həllinə diplomatlar cəlb olunmayıb; Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunlarının təltif edilməsi mərasimində deyib.
“Bu cavabda iştirak edən hər kəs ən yüksək tərifə layiqdir. Bunun üçün sizə çox minnətdaram. Amma təcrübə ondan ibarətdir ki, atışma son çarədir. Bu, bizim metodumuzdur, ona yiyələnmək lazımdır, amma bu, son çarədir. Biz hər zaman, o cümlədən hərbiçilərlə danışıqlar aparmağı öyrənməliyik”, – deyə Lukaşenko bildirib.
Lakin onun sözlərinə görə, Belarus tərəfi “diplomatik dil”dən istifadə edərək uğur qazanıb. (Tass)