Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, KTMT yeni ölümcül silah növlərinin monitorinqi mexanizmini yarada bilər və yaratmalıdır.
“Bizim fikrimizcə, KTMT gələcəkdə bu cür silahlara nəzarət rejimini təmin etməyə imkan verəcək ümumi hüquqi mexanizm yaratmaq səylərinin başında ola bilər və olmalıdır. BelTA agentliyi Lukaşenkonun Astanada KTMT – nin dar formatda keçirilən sammitində verdiyi bəyanatdan sitat gətirir.
Belarus prezidentinin sözlərinə görə, bütün bəşəriyyəti məhv etməyə qadir olan “yeni ölümcül silah növləri qapının astanasındadır”. Lukaşenko qeyd edib ki, bu arsenal artıq lazer, hipersəs, kvant, elektromaqnit və digər qabaqcıl inkişaflarla tamamlanıb. (Tass)