Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko Kirmanda matəm tədbirləri zamanı baş verən silsilə partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran prezidenti İbrahim Rəisiyə başsağlığı verib və Minskin ekstremizm və terrorizmin istənilən təzahürünü pislədiyini qeyd edib.
Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Belarus Respublikası ekstremizmin və terrorizmin istənilən təzahürlərini qətiyyətlə pisləyir. Baş verənlər təkcə İranda deyil, bütün regionda sülh və təhlükəsizliyi ciddi şəkildə pozan cinayətdir”, – başsağlığı mesajında deyilir. Lukaşenko Belarusun Kirmanda törədilən silsilə partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin ağrı ilə aldığını qeyd edib, həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.