İttifaq Dövləti daxilində Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə Belarusun tam təhlükəsizliyinə zəmanət verir. Prezident Aleksandr Lukaşenko bu barədə “Mir” teleradio yayım şirkətinə müsahibəsində bildirib.
“Tam təhlükəsizlik, heç kim nüvə ölkəsi ilə döyüşməyəcək”, – deyə o, bu müqavilənin respublikaya nə verdiyi barədə sualı cavablandırıb. (Tass)