Minsk NATO qoşunlarının Litva və Polşadan Belarus sərhəddinə yaxınlaşmasından narahatdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz Qərbi Avropada, xüsusən də sərhədlərimizdə, xüsusən də Polşadan və Litvadan çox narahatıq polyaklar yerləşdirilib, sərhəddə litvalılar, Almaniya da daxil olmaqla, digər dövlətlərin NATO silahlı qüvvələri ora toplaşır”, – Lukaşenko İttifaq Dövləti çərçivəsində Təhlükəsizlik Zəmanətləri Müqaviləsini imzaladıqdan sonra deyib.
O qeyd edib ki, vəziyyət ciddidir və Polşa ordusunu silahlandırmaq üçün külli miqdarda vəsait xərcləyir. “Bu, bizi çox narahat edir və bu, artıq silahlı qüvvələrin birgə qruplaşması üçün təhlükədir”, – Lukaşenko bildirib. (Tass)