Belarus prezidenti Aleksandr Lukaşenko hökumət qarşısında respublikada nadir torpaq metalları və digər ehtiyatların axtarışı vəzifəsini qoyub.
“Deyirlər ki, bizim tullantı zibilxanalarımızda nadir torpaq mineralları var. Qalanları kəşf etməliyik: kimya, neft, qaz və s. Mən müvafiq vəzifəni [təbii sərvətlər və ətraf mühitin mühafizəsi] nazirinin qarşısına qoymuşam”, – Lukaşenko hökumətdə kadr təyinatları zamanı deyib. (Tass)