Belarus Prezidenti Aleksandr Lukaşenko Norveç xalqını milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik edərək, ikitərəfli dialoqun bərpasına açıq olduğunu qeyd edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Bizi vətəndaşlarımıza qayğı, sülh və yaradıcılıq arzusu, qonşularımızla harmoniyada birgə yaşamaq birləşdirir”, – deyə Lukaşenko qeyd edib: “Mən əminəm ki, belə bir təməl əsasında ikitərəfli dialoqun bərpası əhalinin maraqlarına uyğundur. Hər iki dövlət, ilk növbədə, regionda sabitliyin möhkəmləndirilməsində maraqlıdır”. Belarusun qapıları “norveçli dostların üzünə həmişə açıq olacaq”, – prezident vurğulayıb.
O xatırladıb ki, Belarus və Norveç uzun müddətdir ki, humanitar, ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən maşınqayırma, qida sənayesi, elm və idman sahələrində səmərəli şəkildə inkişaf etdirirlər.
Lukashenko daha əvvəl Oslonun Belarusa qarşı “siyasi motivli qeyri-qanuni sanksiyalara” qoşulmasından təəssüfləndiyini bildirib. (Tass)