Belarus prezidenti Aleksandr Lukaşenko “Zapad-2025” Belarus-Rusiya təlimlərinin payızda keçirilməsi haqqında direktiv imzaladığını açıqlayıb.
“Mən bu təlimlərlə bağlı direktiv imzaladım, çünki onları burada təşkil etməliyəm. Təlim meydançaları müəyyən edilib. Xüsusi hərbi əməliyyatın getməsinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə mən razılaşdıq ki, müharibə müharibədir, lakin biz irəliyə baxmaq və başqa istiqamətləri və hərbi əməliyyatların mümkün teatrlarını görmək lazımdır, Allah eləməsin”, – Lukaşenko ” Mir” televiziya və radiosuna müsahibəsində deyib. (Tass)