Rusiya Federasiyasının Gürcüstandakı mövcud vəziyyətlə heç bir əlaqəsi yoxdur. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransında deyib.
“Bəli, Rusiyanın heç bir işi yoxdur, mən bunu yaxşı bilirəm, Gürcüstandakı vəziyyətlə heç bir əlaqəsi yox idi, biz həqiqətən narahat idik, son BRİKS sammitində, Gürcüstanın qonşu dövlətləri ilə görüşdə, biz narahat idik” deyib.