Belarus Prezidenti Aleksandr Lukaşenko Çin sədri Si Cinpinə “Belarus-Çin dostluğu” Bir kəmər – bir yol” adlı heykəltəraşlıq kompozisiyasını hədiyyə edib.
“Bizim heykəltəraşlarımız və rəssamlarımız “Bir kəmər – bir yol” kompozisiyasını yaradıblar” , – deyə Lukaşenko bildirib. Hədiyyə edilən digər bədii məhsullar arasında Belarusun və iki ölkə arasında dostluğun simvolu olan Belarus təbiətinin gözəlliyini əks etdirən “Mənim Belarusum” bədii-dekorativ pannosu da var.
Belarus dövlətinin başçısı çinli həmkarına Belarus məhsullarından ibarət səbət, həmçinin eksklüziv şirniyyat dəstini də hədiyyə edib. “Bunlar bizim Çinə tədarük etdiyimiz məhsullara oxşar məhsullardır. Bunlar ən son yeniliklərdir”, – Lukaşenko bildirib.
Belarus lideri Si Cinpin xüsusilə Çin dağ mənzərələrini əks etdirən ipəkdən hazırlanmış rəsm əsərini təqdim edib. “Və mən sadəcə demək istədim ki, Çin bizə Müstəqillik Sarayı üçün rəsm hədiyyə edəcək, hansı ki mərkəzdə dayanacaq. Bu da olacaq”, – Lukaşenko qeyd edib. (Tass)