Lüksemburq bu cür müzakirələri vaxtından əvvəl hesab edərək, hərbi əməliyyatlar başa çatdıqdan sonra hipotetik sülhməramlı missiyanın bir hissəsi kimi Ukraynaya qoşun göndərməyi düşünmür. Bu barədə “Luxemburger Wort” qəzeti ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Uzunmüddətli perspektivdə sülhün təmin edilməsi yolları və Ukraynanın taleyi ilkin fərziyyələr mövzusu olmamalıdır, lakin Rusiya, Ukrayna və onun Avroatlantik tərəfdaşları arasında mümkün gələcək sülh danışıqları zamanı müəyyən edilməlidir”, – nəşr departamentin onun sorğusuna cavabından sitat gətirir.
Nazirlik əlavə edib ki, Lüksemburq əvəzində Kiyevə silah göndərməyə davam edəcək. (Tass)