Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin İrəvan və Bakının müharibəyə hazırlığı ilə bağlı bəyanatından xəbərsizdir. Bunu jurnalistlərə o, Ermənistan hökuməti başçısının Cənubi Qafqaz regionunda yeni eskalasiya təhlükəsi ilə bağlı sözlərini şərh edərkən deyib.
“Təəssüf ki, mən heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatlarla tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik ki, onlar da bir mərhələnin başa çatmasından danışırlar, geri çəkilmə zərurəti və sülh müqaviləsi bağlamağa hazırdır.Ona görə də indi cənab Paşinyanın bəyanatlarının bu hissəsi barədə konkret heç nə deyə bilmərəm”, – deyə Peskov bildirib. (Sputnik Armenia)