Avqust 25, 2025-10:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Məcburi köçkün məktəblərində sülh üçün incəsənət” layihəsi icra edilib

2024:02:13 - 17:27
in SOSİAL
A A

Füzuli rayonunun Qarabağ kənd orta məktəbində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində sülh üçün incəsənət” layihəsi icra edilib.

Bunu AZƏRTAC-a açıqlamasında məktəbin direktoru Əlihüseyn Yaqubov söyləyib. Bildirib ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. İcra müddəti 6 ay olan layihənin məqsədi məcburi köçkün məktəblərində sosial birliyin gücləndirilməsindən ibarətdir.

Məktəb direktorunun sözlərinə görə, layihənin icrası şagirdlərin arasında baş verə biləcək münaqişələrin azalmasına, onlar tərəfindən müxtəlifliklərin, eləcə də fərqli mədəniyyətlərin qəbul olunmasına, tolerant davranışların gücləndirilməsinə xidmət edir.

“İlkin mərhələdə Füzuli rayonunun Qarabağ, Əhmədbəyli, Üçbulaq, Mahmudlu kənd tam orta məktəblərində və Zobucuq qəsəbə 26 nömrəli tam orta məktəbində təhsil alan 48 nəfər 8-14 yaşlı şagirdlər və 8 müəllim üçün “Sülh mədəniyyəti” mövzusunda təlimlərin keçirilməsinə başlanılıb.

Təlimdə iştirak edən şagirdlərin bir qrupu ilə rayonun digər şagirdləri arasında sülh mədəniyyətinin təbliği məqsədilə layihə çərçivəsində hazırlanan tamaşalar səhnələşdiriləcək”, – deyə Əlihüseyn Yaqubov qeyd edib.

Əvvəlki Yazı

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb

Növbəti Yazı

Şabranda üç yaşayış məntəqəsinin yolu əsaslı təmir edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.