Sentyabr 15, 2025-17:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Məcnun Məmmədov: “Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır”

2024:10:08 - 10:57
in İQTİSADİYYAT
A A
Müasir dövrdə dünyada halal standartları əsasında ərzaq məhsullarının istehsalına maraq və tələb artmaqdadır.“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.”Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi, istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu baxımdan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib”, – deyə o qeyd edib.”Zəngin mədəni irsi və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir. Ölkəmizin təmiz hava, münbit torpaq, saf su resurslarına malik olması ekoloji təmiz ərzaq məhsulları istehsalı sahəsində çox böyük imkanlar yaradır. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrin icrası ölkəmizin turizm məkanı kimi cəlbediciliyini daha da artırır, turistlərin sayının artmasına səbəb olur. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri edir. Bununla yanaşı, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır”, – deyə nazir əlavə edib.
Əvvəlki Yazı

Nazir: “Aqrar istehsalı və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir”

Növbəti Yazı

Dilçilik İnstitutunun yeni nəşrləri təqdim edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.