Fevralın 14-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Kürdəmir, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report” nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən Kürdəmir, Ucar və Göyçay sakinləri Kürdəmir DAİM-ə (050 483 51 22) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.