Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.
Kulis.az xəbər verir ki, nazir Akademik Milli Dram Teatrını özünəməxsus sənət ənənələri olan mədəniyyət ocağı kimi səciyyələndirib.
Bildirib ki, bu teatrda zaman-zaman görkəmli səhnə xadimləri çalışıb və onların bir çoxu özünün sənət məktəbini yaratmağa müvəffəq olub.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət sahəsinin inkişafına davamlı diqqət və qayğı göstərdiyini deyib.
Sonda nazir Adil Kərimli kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.