İyun 22, 2025-20:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir

2025:05:02 - 13:10
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dillində yazılmalıdır. Həmçinin əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail) qeyd etməlidir. Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Müsabiqənin mövzusu Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyətidir. Essenin həcmi 1000 sözdən çox olmamalıdır.

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcək. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar. Birinci yer 2500 manat, ikinci yer 1500 manat, üçüncü yer isə 1000 manatdır.

Müsabiqəyə esselərin qəbulu 2025-ci il mayın 31-də sona çatacaq.

İştirakçılar tərəfindən əsərlər edebi.musabiqe@culture.az elektron poçt ünvanına göndərilməlidir.

Əvvəlki Yazı

Xalq artisti: Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir

Növbəti Yazı

Sabah Azərbaycanda 24 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.