Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanların xatirəsini yad edib.
Bu barədə APA-ya Nazirlikdən xəbər verilib.Qeyd edilib ki, kollektiv dekabrın 28-də Heydər Əliyev Beynəlxalq Hava Limanına gedərək qəzada həlak olanların xatirəsini yad edib. Hava limanında yaradılmış xatirə guşəsinin önünə nazirliyin adından əklil qoyulub.