İyul 6, 2025-17:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi davam edir

2025:07:02 - 15:06
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə keçirilən müsabiqənin əsas məqsədi yeni bədii əsərlərin yaranmasına stimul verməkdir.

Müsabiqənin şərtlərinə görə hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal olmalı, daha əvvəl heç yerdə çap edilməməli və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dillində yazılmalıdır. Əsərlərdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusu tərəfindən 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının qəhrəmanları, müharibənin sosial, psixoloji və hərbi təsirləri, tarixi Zəfərimiz əks etdirilməlidir.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq, 3 nəfər qalib seçiləcək. Birinci yerin sahibinə 3000, ikinci yerin qalibinə 2500, üçüncü yeri tutan müəllifə isə 1500 manat pul mükafatı təqdim olunacaq.

Müsabiqəyə pyeslərin qəbulu sentyabrın 30-da başa çatacaq.

İştirakçılar tərəfindən əsərlər teatr@culture.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün (012) 147 nömrəsinə müraciət edə bilərsiniz.

Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququ qorunmaqla toplu şəklində nəşrini həyata keçirə bilər.

Əvvəlki Yazı

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb

Növbəti Yazı

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.