İyun 13, 2025-10:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Məhəmməd Füzuli və Şərq folkloru” kitabı nəşr edilib

2025:06:11 - 16:41
in GÜNDƏM
A A

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə keçirilmiş “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Kitabda respublikanın müxtəlif elm və təhsil müəssisələrindən olan alim və tədqiqatçıların, eləcə də Özbəkistanın Urgənc Dövlət Universiteti və Nəvai Dövlət Pedaqoji İnstitutundan olan alimlərin Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edən məqalələri toplanıb.

Məqalələrdə Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına töhfələr verən, anadilli poeziyamızın mükəmməl nümunələrini yaradan və Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldən Məhəmməd Füzulinin yaradıcılığı Şərq mədəniyyəti, türk milli-mədəni dəyərlər sistemi və folklorla müqayisəli şəkildə təhlil olunub.

“Nəşrin elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçiləri isə filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovadır.

Əvvəlki Yazı

“Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib

Növbəti Yazı

Bu müəssisələrdə məktəbəqədər uşaqlara təhsil veriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.