Məhəmməd Baqer Zolqadr prezidentin fərmanı ilə İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib. Bu barədə prezident administrasiyasının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbai məlumat verib.
Təbatəbai X-də yazıb: “İslam İnqilabının Ali Liderinin təsdiqi və prezidentin fərmanı ilə Məhəmməd Baqer Zolqadr Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib”.
