Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureyşi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edib. Bu barədə Dawn qəzeti məlumat yayıb.
Dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinənləri, vəkillərə görə, 14 ilə qədər həbs və ya “hətta ölüm cəzası” gözləyir. İmran Xan hazırda həbsdədir. Məhkəmə iclasları oktyabrın 27-də başlayacaq və şahidlər dindiriləcək.
Federal Təhqiqat Agentliyinə (FIR) görə, Xan və Qureşi 1923-cü il Dövlət Sirləri Aktını pozaraq “Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə edərək” gizli sənədin məzmununu icazəsiz şəxslərə şəxsi məqsədlər üçün açıqlayıblar.
Təhqiqat Xan 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq elan etdikdən sonra başlayıb. (Tass)