“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 980-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilir:
“9-1. Məcəllənin 184.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
9-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri;
9-1.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.