Avqust 18, 2025-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Məktəbəqədər təhsildə liderlik” proqramının II çağırışı üzrə qəbul elan olunur

2025:06:20 - 10:50
in SOSİAL
A A

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) ilə birgə “Məktəbəqədər təhsildə liderlik” proqramı II çağırış üzrə sənəd qəbulu elan edir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, proqram müasir çağırışlara cavab verən məktəbəqədər təhsil müəssisələri (MTM) idarəçilərinin və liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak üçün tələblər:

-Pedaqoji sahədə ali təhsil;

-Dövlət məktəbəqədər təhsil müəssisəsində azı üç il pedaqoji təcrübə.

İştirakçıların seçimi iki mərhələdə (elektron sənəd qəbulu və müsahibə) həyata keçiriləcək.

Bir ay (60 saat) davam edəcək proqram ərzində aşağıdakı mövzularda həftəiçi beş gün təlimlər keçiriləcək. Təlimlərin mövzuları:

– MTM-in idarə olunması və liderlik;

– MTM-də heyətin idarə edilməsi;

– Təlim-tərbiyə işinin təşkili və idarə edilməsi;

– MTM-də sağlam psixoloji mühitin formalaşdırılması;

– İnklüziv təhsil;

– Sağlamlıq, təhlükəsizlik və rifah;

– MTM-də daxili keyfiyyət sisteminin qurulması;

– MTM-də sənədlərlə iş.

Proqram üzrə dərslərin Bakı, Abşeron və Sumqayıtdan olan iştirakçılar üçün əyani, digər regionlardan olan iştirakçılar üçün isə əsasən onlayn olmaqla hibrid formada təşkil olunması planlaşdırılır.

Proqramda iştirak etmək istəyən şəxslər iyunun 28-dək qeydiyyatdan keçə bilərlər:

Qeydiyyat linki: https://forms.office.com/r/brwKf8xWSb

Əlavə məlumat üçün mtm.idarecileri@adpu.edu.az ünvanına yazmaq olar.

Proqramda iştirak ödənişsizdir.

Əvvəlki Yazı

Qubadlıda sümük qalıqları aşkarlanıb

Növbəti Yazı

Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.