İyun 17, 2025-23:26
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Məktəbdən yayınaraq dini təhsilə cəlb olunan uşaqlarla bağlı araşdırmalar başlandı

İddialara görə Azərbaycanın müxtəlif rayonlarında yaşayan 40 şagird məktəbdən yayınaraq dini təhsilə cəlb olunublar.

Beyləqan rayon İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbinin direktoru Pərvanə Quliyeva müxtəlif rayonlardan şagirdləri sözügedən məktəbə qeydiyyata salıb. Amma həmin şagirdlərin məktəbdə yalnız adı yazılıb, özlərini isə görən olmayıb. Belə ki, həmin şagirdlərin ailələri direktora 1500 manat verərək, adlarını məktəbdə qeydiyyata aldırıb, özlərini dini məktəblərə təhsil almağa göndəriblər.

Məlumata əsasən şagirdlər İslam dininin sələfi (vəhabi) cərəyanına məxsus olan ailələrin övladlarıdırlar.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, dövlət qurumları məsələ ilə bağlı araşdırmalara başlayıblar. Məsələ hazırda Mil-Muğan Təhsil İdarəsinin nəzarətindədir.

Araşdırmaların sonunda ictimaiyyətə məlumat verilməsi nəzərdə tutulur.