İyun 17, 2025-2:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq

2025:05:22 - 16:17
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkiləcək “Altın buzağı” bədii filmində baş rola dəvət alıb.

Bununla bağlı AZƏRTAC-a eksklüziv açıqlama verən Məlahət Abbasova artıq uzun illərdir Azərbaycanı qardaş ölkədə layiqincə təmsil etməsindən böyük qürur hissi keçirdiyini bildirib.

“Bu filmdə baş rola dəvət almaq məni çox sevindirdi. Filmin prodüseri və rejissoru Nazif Tunçdur. Ssenarisi isə Nazif Tunç ilə Yusuf Faruk Tunça aiddir. Mənə təklif olunan Ədalət Dəmir roludur. Ssenarini oxuduğumda gördüm ki, burada tək bir qadın rolu var. Bu rolu inanaraq mənə təklif edən prodüser şirkəti, Nazif Tunç və dəyərli menecerim Tuncay Altınoğluna sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Mənə verilən bu məsuliyyətin ağırlığının öhdəsindən layiqincə gələrək rolu ən yüksək səviyyədə oynayacağıma inanıram”, – deyə aktrisa bildirib.

Bundan əvvəl də bir neçə filmdə rol aldığını xatırladan Məlahət Abbasova deyib: “Bu filmlərdən biri “Qızım üçün”, digəri isə Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə istehsalı olan “Mahmud ilə Məryəm” filmindəki Qəmərbanu rolu idi. Bu filmin həyata keçməsi üçün iki qardaş ölkə nazirlikləri arasındakı körpünün qurulmasını da öz üzərimə götürmüşdüm. Bu mənim üçün çox sevindirici haldır. Bu gün də yenidən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən bir filmdə rol alacam, həm də baş rol. Türkiyədə istehsal olunan filmlərin əsasən məqsədi festivallarda iştirakdır. İnanıram ki, bu filmimiz də festivallarda nümayiş etdiriləcək və böyük mükafatlar qazanacaq. Çünki filmin ssenarisi təsəvvüfə bağlıdır və mənim rolum çox xeyirxah, saf, təmiz, dininə sadiq, hər kəsə doğru yolu göstərən qadını təmsil edir. Bütün bunlar isə bu gün dünyada baş verən bütün haqsızlıqlara qarşı insanların ən çox ehtiyac duyduğu xüsusiyyətlərdir. Artıq imzalar atılıb və hazırlıqlar başlayıb. Nəticənin gözəl olacağına inanıram. Bu təklif mənim üçün ölkəmi Türkiyə ilə yanaşı, dünyada da layiqincə təmsil etdiyimin göstəricisidir. Çünki, Türkiyədə çəkilən istər seriallar, istərsə də filmlər dünyada ən çox izlənənlər arasındadır. Bu baxımdan bir sənətçi kimi adımın azərbaycanlı olaraq dünyada tanınması mənə sonsuz qürur hissi verir. Bu sevincimi isə ilk dəfə sizinlə, yəni, AZƏRTAC-la paylaşmaq istədim”.

Əvvəlki Yazı

Naxçıvanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

Növbəti Yazı

İcra ödənişlərinin nağd şəkildə qəbul edilməsinə görə bu şəxslər cərimələnəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.