“Hazırda nəticələrin hesablanması və müzakirə prosesi gedir. Dünən keçirilən imtahanın nəticələrinin elanına isə artıq başlanılıb”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, DİM-də imtahanların qiymətləndirilməsi alqoritmlər və illərin təcrübəsi əsasında aparılır:
“1990-cı ildən etibarən statistik təhlillər aparılır və bu baza üzərində qərarlar verilir”.