İyun 19, 2025-23:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Məmməd Musayev: Son 50 ildə dünyada yoxsulluq, işsizlik və ərzaq təhlükəsizliyi ön plana keçib

2024:09:26 - 12:00
in SOSİAL
A A

Son 50 ildə iqlim dəyişikliyi və ekoloji tarazlığın pozulması səbəbindən dünya miqyasında yoxsulluq, işsizlik və ərzaq təhlükəsizliyi problemləri kimi tendensiyalar ön plana keçib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə sentyabrın 26-da Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bunun bir səbəbi də maddi nemətlər istehsalı və əhali artımı prosesləri arasındakı qeyri-mütənasib artım templəridir: “Məsələn, hazırda dünya əhalisinin 8 milyard nəfəri ötməsi, yaxın 15-20 ilə 9 milyard nəfərə çatacağı proqnozlaşdırılır, iqlim dəyişikliyi səbəbindən əkinə yararlı torpaq sahələrinin azalması, quraqlığın artması müşahidə olunur. Su qıtlığı səbəbindən səhralaşma prosesinin güclənməsi, ekoloji tarazlığın pozulması təbii fəlakət risklərinin artmasına və dünyada ərzaq təhlükəsizliyi probleminin daha da kəskinləşməsinə səbəb ola bilər”.

Natiqin sözlərinə görə, bu səbəbdən dünyanın qabaqcıl ölkələri “yaşıl iqtisadiyyat”a keçidlə bağlı ciddi məsuliyyət və öhdəliklərlə çıxış edirlər: “Yaşıl iqtisadiyyat”a keçid isə əhalinin məşğulluq məsələlərinə, mövcud iş yerlərinin qorunmasına, iş yerlərində “yaşıl keçid”in əmək prosesində ədalətli həyata keçirilməsinə ehtiyac yaradır. Bu ilin noyabrında Bakıda keçiriləcək əhəmiyyətli COP29 tədbirində bu məsələlərin hər biri geniş şəkildə müzakirə ediləcək və Azərbaycanda özəl sektorun, işəgötürənlərin təmsilçisi kimi Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birlikdə bu mövzuda geniş müzakirələrdə aktiv iştirak edəcək. Hədəflənən “yaşıl iqtisadiyyat”a səmərəli keçid üçün özəl sektorun dəstəklənməsi, bu sahədə bacarıqların inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətləri kimi çağırışlar da diqqət mərkəzində olacaq”.

Əvvəlki Yazı

Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisi sədrinin birinci müavini seçilib

Növbəti Yazı

Ramin Məmmədov: İdeoloji təxribatların qarşısının alınmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.