İsraildə Fələstinin HƏMAS radikal hərəkatının silahlıları tərəfindən qaçırılan İspaniya vətəndaşı ölüb. Bu barədə TASS-ın müxbirinə Krallığın Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.
Söhbət İvan İllarramendidən gedir. Onun ölümü ilə bağlı təfərrüatlar verilmir.
Europa Press agentliyinin məlumatına görə , kişi Çili vətəndaşı olan həyat yoldaşı ilə İsraildə Qəzza zolağı ilə sərhəddə yaşayırdı.
Bundan əvvəl Madrid HƏMAS-ın İsrailə hücumundan sonra yoxa çıxan krallığın daha bir vətəndaşının öldüyünü təsdiqləyib. (Tass)