Türkiyənin beşinci nəsil Kaan döyüş təyyarəsi ilk uçuşunu 27 dekabr 2023-cü ildə edəcək. Bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
“Kaanın ilk uçuşu dekabrın 27-nə planlaşdırılıb. Plana görə, onun yerli mühərriki 2028-ci ildə hazır olacaq, 2032-ci ildən isə Kaanın orduya xidmətə başlaması gözlənilir”, – TRT telekanalı mənbəyə istinadən bildirir.
“Kaan” qırıcısı 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun kütləvi istehsalına 2028-ci ildə başlanacağı planlaşdırılır. Türkiyə rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, Kaan taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini keçəcək və gələcəkdə respublikanın Hərbi Hava Qüvvələri ilə xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək. (Tass)