Xarici İşlər, Afrika Əməkdaşlıq və Xaricdə Yaşayan Mərakeşlilər Naziri Nasser Bourita müsəlmanların müqəddəs Ramazan ayında (martın ikinci ongünlüyündən başlayaraq) Qüdsdəki Əl-Əqsa məscidi ətrafında gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərə qarşı xəbərdarlıq edib.
“Mərakeş Ramazan ayı ərzində Qüdsdəki Məscidül-Əqsa ətrafında gərginliyin artmasına səbəb ola biləcək hərəkət və qərarlara qarşı xəbərdarlıq edir”, – XİN rəhbəri İsrail hakimiyyətinin fələstinlilərin iştirakı ilə qarşıdurmalara səbəb ola biləcək addımlarına toxunaraq deyib. Şimali Afrika krallığının xarici işlər nazirliyi xəbər verir ki, Bourita Rabatda Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında iştira edib.
Bourita “İsrailin Qəzzaya təcavüzünün fəlakətli humanitar nəticələrinə” toxunaraq, “atəşkəsin yaradılması, yardımların çatdırılmasını təmin etmək, siyasi proses üçün şəraitin yaradılmasını asanlaşdırmaq, fələstinlilərin məcburi köçkünlüyünü rədd etmək üçün addımların atılmasının və Qüdsün ərəb-islam kimliyini qoruyub saxlanılmasının vacibliyini vurğulayıb.
Mərakeş və Fransa nazirləri həmçinin ikitərəfli münasibətlərin aktual məsələlərini, Aralıq dənizindəki vəziyyəti və Afrikada, o cümlədən Sahel regionunda birgə fəaliyyətin gücləndirilməsi yollarını müzakirə ediblər. (Tass)