Avqust 2, 2025-8:15
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Mərdəkanda dənizdə boğulan 18 yaşlı oğlanın meyiti tapıldı

Bakının Xəzər rayonunda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyulun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.