Avqust 13, 2025-17:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mərkəz Elmi Kitabxana Heydər Əliyev haqqında nəşrlərin virtual sərgisini təqdim edir

2024:06:10 - 16:22
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin fonduna daxil olan yeni informasiya resurslarının virtual sərgisinin birinci buraxılışını təqdim edir.MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin ucalığı, ali insani keyfiyyətləri, həyatı, zəngin və çoxşaxəli irsi, dövlətçilik tariximizdə müstəsna yeri, əbədiyaşar ideyaları haqqında akademik nəşrlər öz əksini tapıb. Həmçinin sərgidə Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasi kursunun öyrənilməsi, təbliğ edilməsi, “Böyük Qayıdış” proqramına siyasi, etik və sosioloji yanaşmalar, modernləşmə xəttində azərbaycançılığa siyasi-sosioloji baxış, postmüharibə dövrünün milli prioritetləri və digər əsərlər təqdim olunur. Azərbaycan, rus, ingilis və fransız dillərində təqdim olunan nəşrlərdə şanlı Zəfər tariximizi əhatə edən kitablar, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın tarixi, ən qədim dövrlərdən zəmanəmizədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslərin əks olunduğu dəyərli nəşrlər də yer alıb.Bunların sırasında “Əbədi ömrün yüz ili”, “Heydər Əliyevin həyatının unikal səhifələri. Böyük şəxsiyyət haqqında düşüncələrim”, “Heydər Əliyev və multikultural təhlükəsizlik”, “Ulu Öndər Heydər Əliyev xatirələrdə”, “Heydər Əliyev: 100 il 100 fotosənəddə”, “Ömrün 25 baharı və möhtəşəm məktəb”, “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə”, “Heydər Əliyev və milli mətbuat”, “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik”, “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)”, “Heydər Əliyevin siyasi dilinin lüğəti”, “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003”, “İlham Əliyev. İnkişaf-məqsədimizdir”, “Böyük Qayıdış: Post müharibə dövründə siyasət və etika məsələləri”, “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” və digər əsərlər mövcuddur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF formatında yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

Əvvəlki Yazı

BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyir

Növbəti Yazı

Azərbaycan və Rusiyanın baş nazirləri ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.