Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Tuadera yanvarın 17-dək davam edəcək rəsmi səfərlə Moskvaya gəlib. Bu barədə Rusiyanın Banqidəki səfirliyindən məlumat verilib.
Qeyd edildiyi kimi, o, Rusiya Federasiyasının rəhbərliyi ilə ikitərəfli danışıqlar aparacaq.
“Rusiya-Mərkəzi Afrika münasibətləri hər iki ölkənin xalqlarının mənafeyi naminə etimada əsaslanan qarşılıqlı fəaliyyət modelidir”, – səfirlik əlavə edib. (Tass)