AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) yaydığı açıqlamada bildirilib.
Açıqlamada əlavə olunub ki, “Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir.
Qeyd edək ki, AMB İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.