Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İslam Ticarət və İnkişaf Palatasının baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə İslam maliyyəsi sahəsində görülən işlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.