İyun 18, 2025-16:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mərkəzi və Kərkük Mədəniyyət Dərnəyi arasında memorandum imzalanıb

2023:11:02 - 16:16
in MƏDƏNİYYƏT
A A

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “Report”a mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

İmzalanma mərasimində çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, İraq türkmənləri ilə azərbaycanlıları eyni mədəniyyət və tarixi köklər bağlayır: “Qarşımızda duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. Gələcəkdə bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik”.

Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. BBMM ilə Kərkük Mədəniyyət Dərnəyinin imzaladığı memorandumun başlanılmış işin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, memorandumun məqsədi türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsinə töfhə verilməsi, o cümlədən İraq ərazisində tarixən məskunlaşmış və hazırda da orada yaşayan türkmənlərlə mədəni əlaqələrinin genişləndirilməsi, ortaq tarixi ənənələrin, etnik mədəni-mənəvi dəyərlərin qarşılıqlı şəkildə öyrənilməsi və təbliğidir.

Memorandum çərçivəsində mədəniyyət, elm, təhsil, mədəni irsin öyrənilməsi və təbliği sahələrində təcrübə mübadiləsi aparılacaq. Azərbaycanda İraq türkmənlərinin, İraqda isə Azərbaycan xalqının tarix və mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi abidələri, adət-ənənələri təbliğ olunacaq. Azərbaycan xalqının və İraq türkmənlərinin maddi və qeyri-maddi mədəni irsinin öyrənilməsi, qarşılıqlı təbliği üzrə birgə elmi layihələr həyata keçiriləcək. Tərəflər arasında mütəxəssis və tələbə mübadiləsi aparılacaq, birgə forumlar, seminarlar, konfranslar, mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Əvvəlki Yazı

 Yevlaxda Zəfər Gününə həsr olunan rəsm sərgisi açılıb

Növbəti Yazı

Son 3 ildə azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.